Ərdoğanın xəbərdarlığından sonra ABŞ səfirliyi açıqlama yaydı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iş adamı Osman Kavalanın sərbəst buraxılması üçün çağırış edən ölkələrin səfirlərinin “persona non qrata” elan ediləcəkləri ilə bağlı bəyanatından sonra ABŞ ilk açıqlamasını yayıb.


“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ səfirliyi bildirib ki, Türkiyənin daxili işlərinə qarışmaqdan söhbət belə gedə bilməz. Səfirlik tərəfindən yayılan açıqlamada deyilir:

“Vyana sazişinin 41-ci maddəsinə əməl edərək Türkiyənin daxili işlərinə qarışılmayacaq. Səfirliklərimiz ölkələrin daxili işlərinə hər zaman hörmətlə yanaşır”.

Bu açıqlamadan sonra əldə edilən məlumata görə, Ərdoğan səfirliyin bəyanatını məqbul hesab edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu