Ukrayna parlamenti Türkiyə ilə hərbi sazişi ratifikasiya edib

Ali Rada Türkiyə və Ukrayna hökumətləri arasında hərbi əməkdaşlıq barədə çərçivə sazişini ratifikasiya edib.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, sənədin lehinə ölkə parlamentinin 303 deputatı səs verib.
Saziş 2020-ci il oktyabrın 16-da Vladimir Zelenskinin Türkiyəyə rəsmi səfəri zamanı imzalanmışdı. Sənəd 21 istiqamət üzrə Türkiyə ilə Ukrayna arasında hərbi əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.