“Valeh mənə şərəf sözü verdi” - Hulusi Akar


Xəbər verdiyimiz kimi, Türkiyənin milli müdafiə naziri Hulusi Akar onun dəvəti ilə Ankarada səfərdə olan Vətən müharibəsi şəhidi baş leytenant Valeh Məmiyevin ailəsi ilə görüşüb.


Türkiyəli nazir şəhid Məmiyevlə tanışlıq tarixçəsindən danışıb: “İki il əvvəl bir təlimdə qarşılaşdığımızda Valehə buradakının bir təlim olduğunu dedim. Ona bildirdim ki, mərifət 30 ildir işğal altında olan torpaqları azad etməkdir. Valeh də mənə Azərbaycanın torpaqlarını azad etmək üçün şərəf sözü verdi. Biz orada tarixə şahidlik etdik. Şəhidlərimizin, qazilərimizin vətən, millət, bayraq uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıqlar əsla unudulmayacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu