Azərbaycan çempionatının oyunu yarımçıq dayandırılıb


"Neftçi İK" və "Xilə" klubları arasında futzal üzrə Azərbaycan Yüksək Liqasının XIV tur matçı yarımçıq dayandırılıb.


Buna qonaq komandanın qapıçısı İmran Məhərrəmovun zədələnməsi səbəb olub.

2-ci dəqiqədə xəsarət alan qolkiper oyunu davam etdirə bilməyib. "Xilə"nin ehtiyat qapıçısı olmadığına görə hakimlər matçı dayandırıblar.

Görüşün nəticəsi barədə AFFA İntizam Komitəsi qərar verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu