"Avstriya NATO-ya üzv olmayacaq" - Aleksander Şallenberq


Avstriya Finlandiya və İsveçin NATO-ya mümkün üzvlüyü fonunda neytral qalacağını açıqlayıb.


Bu barədə ölkənin xarici işlər naziri Aleksander Şallenberq bildirib.

“Finlandiya və İsveçin NATO-ya üzvülüklə bağlı qərarlarına hörmətlə yanaşırıq, ancaq biz neytrallığımızı qoruyacağıq”, - o qeyd edib.

Xatırladaq ki, Avstriya NATO-nun üzvü deyil. Finlandiya və İsveç NATO-ya üzv olmaqla bağlı rəsmi müraciət edəcəklərini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu