Türkiyə İsveç və Finlandiyadan 33 nəfərin ekstradisiyasını tələb edib


Türkiyə İsveç və Finlandiyadan terrorçuluqda şübhəli bilinən 33 nəfərin ekstradisiyasını tələb edib.


AZƏRTAC İsveç mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ NTV telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Türkiyə razılaşmanın əldə olunduğu ölkələrdən terrorçuların ekstradisiyasına çalışır.

Bu siyahıda yeni axtarışa elan olunan insanların adlarının olub-olmaması, yoxsa daha əvvəl Türkiyənin ekstradisiyasını tələb etdiyi şəxslərdən ibarət olub-olmadığı hələlik bəlli deyil. Ancaq ümumən məlumdur ki, siyahıda PKK terror təşkilatları və Gülən Hərəkatının üzvü olan Finlandiyadan 12, İsveçdən isə 21 nəfərin adı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu