Ermənistan hərbçisinin meyiti aşkarlanıb
![](/uploads/posts/2022-07/1657819977_780f7d9b-515b-302a-bdea-704d42d001df_850.jpg)
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edən əsgərin meyiti aşkarlanıb.
AFN.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilib ki, iyulun 14-də 2003-cü ildə anadan olmuş müddətdən artıq xidmət edən sıravi əsgər Arsen Manukyanın meyiti aşkar edilib. Onun kəllə nayihəsində güllə yarası olub.
Faktla ilə bağlı araşdırma aparılır.