Çində benzin və dizellə işləyən avtomobillər qadağan ediləcək
Çin benzin və dizellə işləyən avtomobillərdən mərhələli şəkildə imtina edəcəyini açıqlayıb.
Ölkənin Haynan əyaləti 2030-cu ilə qədər daxili yanma mühərrikli avtomobillərin qadağan ediləcəyi ilk əyalət olacaq.
2025-ci ilə qədər adanın bütün ictimai nəqliyyatı təmiz enerji ilə işləyəcək. Administrasiya həmçinin kömürdən istifadənin azaldılması və külək, dalğa, günəş, geotermal və nüvə enerjisi də daxil olmaqla, bərpa olunan enerji infrastrukturunun inkişafı kimi tədbirləri özündə əks etdirən tropik ada üçün karbon neytrallığı planını dərc edib.
Plana əsasən, üç il ərzində Haynan öz enerjisinin 55%-ni alternativ mənbələrdən təmin etməyi planlaşdırır və 2030-cu ilə qədər bu rəqəm 75%-ə yüksəlməlidir. Qeyd edək ki, əyalətdə 10 milyona yaxın insan yaşayır.
Mənbə: rbc.ua