Avstraliya Ukraynada “referendum” təşkil edən 28 məmura sanksiya tətbiq edib


Avstraliya hakimiyyəti qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın, Zaporojye və Xerson vilayətlərinin 28 nümayəndəsinə, habelə nazirlərə və yüksək rütbəli məmurlara qarşı sanksiya tətbiq etmək niyyətindədir.


Bu barədə bu gün Avstraliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, onlar, xüsusən, Rusiyanın “DXR” və “LXR”, Zaporojye və Xerson vilayətlərinə birləşdirilməsi ilə bağlı referendumun təşkilində və keçirilməsində iştirak etmiş şəxslərə şamil ediləcək. Sanksiyaya məruz qalanların siyahısı verilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu