Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələrin başlanacağı tarix açıqlanıb


Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr oktyabrın ortalarında başlayacaq.


“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Alyansdakı səfiri Nataliya Qalibarenko brifinqdə danışıb.

O bildirib ki, Ukraynanın İsveç və Finlandiya kimi hazırlıq mərhələsini ötürərək üzvlük üçün dərhal müraciət etməsi gözlənilən ssenari idi: “Ukraynanın üzvlük ərizəsi dinamik dəyişikliklərə və hadisələrə reaksiyadır. Tərəfdaş ölkələr bundan xəbərdardır”.

N.Qalibarenkonun sözlərinə görə, ilk addımlardan biri səfirlər səviyyəsində müzakirə olacaq.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 30-da NATO-ya üzvlüyün sürətləndirilməsi ilə bağlı ərizə imzalamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu