Mahir Emreli erməni təxribatına belə cavab verdi - VİDEO


Xorvatiya çempionatının 17-ci turu çərçivəsində keçirilən “Dinamo” – “Riyeka” matçı zamanı meydançanın kənarında isinmə hərəkəti edən Mahir Emreli erməni təxribatı ilə üzləşib.


“Qafqazinfo” xəbər verir ki, “Riyeka”nın azarkeşlərindən Emreliyə “Qarabağ Ermənistandır” deyərək təxribata əl atıb.

Mahir isə meydana girib qol vurduqdan sonra həmin azarkeşə tərəf qaçaraq ona hərbi salam verib. Bununla da Emreli azarkeşə cavab göndərib.

Qeyd edək ki, sözügedən qarşılaşma “Dinamo”nun 7-2 hesablı qələbəsi ilə başa çatıb. Mahir həmin oyunda dubla imza atıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu