Belçikada azarkeşlər iğtişaş törətdilər - VİDEO


Ötən gecə Belçikanı iğtişaşlar dalğası bürüyüb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunun Belçika və Mərakeş yığmaları arasında keçirilən oyununun nəticələri Brüsselin müxtəlif rayonlarında iğtişaşlara səbəb olub. İğtişaşçılar avtomobilləri yandırıb, küçələrdə obyektlərə xəsarət yetiriblər. İğtişaşlara səbəb Belçika millisinin Mərakeşə məğlub olmasıdır. Belə ki, Belçikada yaşayan mərakeşlilərin öz komandalarının qələbəsini bayram etmələri, görünür, yerlilərin xoşuna gəlməyib. Nəticədə polisin qarşısını almaqda çətinlik çəkdiyi qarşıdurmalar, iğtişaşlar baş verib.
Hadisə ilə bağlı saxlananalar var. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, avtomobillərə, mağazalara zərər vuran təxminən 10 nəfər saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu