İran ABŞ-dan FİFA-ya şikayət etdi - qalmaqal böyüyür
İran Futbol Federasiyası ABŞ komandasına qarşı Beynəlxalq Futbol Federasiyasının Etika Komitəsinə şikayət edib.
AFN.az-ın məlumatına görə, İran ABŞ futbol komandasının Qətərdə keçirilən dünya çempionatından kənardalaşdırılmasını tələb edib. “Guardian” nəşri yazır ki, iddiaçı tərəf amerikalıların İran bayrağına hörmətsizlik etdiyini bildirib.
Bundan əvvəl ABŞ Futbol Federasiyası İranda etirazçılara və qadınların hüquqlarına dəstək olaraq sosial şəbəkələrdə İran bayrağının fotosunu dərc etməkdən imtina etmişdi. Onu İran bayrağına bənzər, lakin gerbi olmayan bayraqla əvəz ediblər.
İran hakimiyyəti ABŞ-ı Allahın adı olan rəmzi silməkdə ittiham edib.
FİFA İranın bəyanatına münasibət bildirməyib. “The Guardian”a müsahibə verən ekspertlər hesab edirlər ki, ABŞ komandasının oyundan kənarlaşdırılacağı ehtimalı azdır.
M.Vahidli