Blinken ABŞ-İran matçını Britaniya və Ukrayna XİN rəhbərləri ilə birlikdə izləyib


Prezident Co Bayden və dövlət katibi Entoni Blinken ABŞ yığmasının futbol üzrə Dünya Çempionatının qrup mərhələsində İran üzərindəki qələbəsini qeyd edib.



AFN.az xəbər verir ki, Bayden oyundan öncə komandanın baş məşqçisi və oyunçuları ilə əlaqə saxlayaraq onlara qalib gələ biləcəklərini deyib.

“ABŞ bir, İran sıfır. ABŞ! ABŞ! Bu, böyük oyundur”, - Bayden kütlə qarşısında çıxışında deyib.

Həlledici oyunu ABŞ dövlət katibi Entoni Blinken Aspen-GMF Buxarest Forumunda iştirak edən digər ölkələrdən olan həmkarı ilə birlikdə izləyib.

Blinken oyundan sonrakı “Twitter“ paylaşımında komandasının qələbəsinin ABŞ-ı qürurlandırdığını qeyd edib. Oyunu Blinkenlə yanaşı, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba izləyib.

ABŞ-ın Azərbaycandakı Səfirliyi qələbə münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.

“ABŞ-ın futbol millisi bu gün bizi qürurlandırdı. Möhtəşəm qələbə münasibətilə təbrik edirik. Dostlarımız, ailələrimiz və bütün dünyada olan pərəstişkarlarımız gözəl oyun göstərən komandanı alqışlayır. 1/8 finalda uğurlar. ABŞ komandası - İrəli!”, - paylaşımda deyilir.

Qeyd edək ki, ABŞ qrup mərhələsinin son turunda İrana 1:0 hesabı ilə qalib gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu