“Time” jurnalı Zelenskini “İlin adamı” elan edib


ABŞ-da həftəlik nəşr olunan “Time” jurnalı ənənəvi “İlin adamı” sorğusunda bu il Ukrayna prezidenti Vladimir Zelenskini seçib.


AFN.az BBC-yə istinadən xəbər verir ki, jurnalın 26 dekabr-9 yanvar tarixli nömrəsinin üz qabığında “Vladimir Zelenski və Ukraynanın ruhu” sözləri və Zelenskinin şəkli yer alıb.

Jurnalda Zelenskinin müsahibəsi əsasında onun haqqında geniş məqalə dərc edilib və Ukrayna prezidentinin fevralda başlayan Ukrayna-Rusiya müharibəsində apardığı mübarizə ilə bütün dünyada tanınan liderə çevrildiyi diqqətə çatdırılıb.

“Time” jurnalının digər “İlin adamı” namizədləri arasında Çin prezidenti Si Cinpin, ABŞ-da noyabrın 8-də keçirilən praymerizdə keçmiş prezident Donald Trampın dəstəklədiyi namizədə uduzan Respublikaçı Nümayəndələr Palatasının üzvü Liz Çeyni, Florida ştatının qubernatoru Ron DeSantis və Amazonun sahibi Ceff Bezosun keçmiş həyat yoldaşı MacKenzie Scott kimi adlar var.

2021-ci ildə "İlin adamı" seçilən Tesla və kosmik texnologiyalar şirkəti SpaceX-in qurucusu və Twitter-in Top Meneceri Elon Musk bu il yenidən ilk 10 namizəd arasında yer alıb.

Qeyd edək ki, 1938-ci ildə Almaniyanın keçmiş diktatoru Adolf Hitler və 2007-ci ildə Rusiya Prezidenti Vladimir Putin "İlin adamı" seçilib.

Time jurnalı 1927-ci ildən bəri hər il "İlin adamı" seçmək ənənəsini davam etdirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu