"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib


"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib.


AFN.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Musa Qurbanlı, Toral Bayramov, Elvin Cəfərquliyev və İsmayıl İbrahimli ilə 3,5 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Cəfərquliyev və İbrahimli 2018-ci, Bayramov və Qurbanlı isə 2019-cu ildən Ağdam təmsilçisinin formasını geyinir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu