Türkiyənin daha bir klubu ölkə çempionatındakı çıxışını dayandırıb


Türkiyədə baş verən zəlzələ səbəbindən daha bir klubu bu mövsümdə yarışı dayandırıb.


AFN.az xəbər verir ki, "Hatayspor"un ardından "Yeni Malatyaspor" klubu da belə bir qərar verib. Bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib. Büyükekşi bildirib ki, "Adanaspor"un da çempionatdan çıxmaq üçün federasiyaya müraciət edəcəyi ilə bağlı gözlənti var.

Xatırladaq ki, dünən "Hatayspor" bu mövsümdə Superliqada mübarizəni dayandırması ilə bağlı TFF-yə müraciət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu