Netanyahunun Kiyevə səfəri gözlənilir

İsrailin Baş naziri Binyamin Netanyahu yaxın vaxtda Ukraynaya səfər edə bilər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, səfərin reallaşması ilə bağlı müzakirələr hazırda İsrail Nazirlər Kabinetində davam edir. Netanyahu Ukraynaya səfər edəcəyi təqdirdə, paytaxt Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü də olacaq.
“Israel Hayom” nəşrinin Ukraynadakı mənbələrdən əldə etdiyi məlumata görə, Ukraynanı ziyarət etmək dəvəti israilli siyasətçiyə edilsə də, hələlik vaxt razılaşdırılmayıb.