Qarabağdakı silahlı separatçılara gücümüzü göstərməliyik - Elxan Şahinoğlu
Qarabağda son baş verən gərginliyə hərə bir cür şərh verir. Bunu Rusiyanın Azərbaycana "gözdağı" verməsi kimi təqdim edənlər də var, Azərbaycan hakimiyyətinin Rusiya ilə anlaşma şəraitində baş verdiyini iddia edənlər də. Təbii ki, bütün tərəflər öz arqumentlərini də səsləndirirlər.
AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu baş verənləri şərh edib. Onun sözlərinə görə, Qarabağın ermənilər yaşayan hissəsində reallıq budur ki, əli silahlı separatçılar “müstəqllikdən başqa heç nəyi qəbul etmirik” ideyası ilə yaşayırlar: "Biz bu reallığı dəyişməliyik. Elə etməliyik ki, Qarabağdakı ermənilər Azərbaycan qanunları ilə yaşamaq barədə müzakirələrə başlasınlar. Separatçıların lideri “Azərbaycanla reinteqrasiya” ifadəsini səsləndirib. Yəni əvvəllər dilə gətirmədikləri ifadələri istəmədikləri halda açıqlamağa başlayıblar. Ancaq bu azdır. Qarabağdakı ermənilər öz istəkləri ilə reinteqrasiyaya razılaşmayacaqlar. Qarşılarında növbət dəfə güc gördükdən sonra reallığı qəbul etmək məcburiyyətində qalacaqlar".