İnterpol xətti ilə axtarışa verilən dəstənin rəhbəri Moskvada saxlanılıb


İnterpol xətti ilə axtarışa verilən Tacikistandan olan dəstənin başçısı Moskvada yataqxanada saxlanılıb.


AFN.az xəbər verir ki, Moskvanın Paveletskaya sahilindəki hosteldə İnterpol tərəfindən axtarışa verilmiş 38 yaşlı Komiljon Kulbaşev saxlanılıb. Bu barədə REN telekanalı məlumat yayıb.

Kulbaşev Tacikistanın Xatlon vilayətindəndir və vətənində dəstə təşkil edib. 2023-cü il martın 1-də Rusiyaya gəlib. Əcnəbi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən martın 20-də saxlanılıb. O, həbs edilib.

Bundan əvvəl Amerika İnterpolu tərəfindən Moskvadakı hosteldə britaniyalı tapılıb. İddialara görə, həmin şəxs və onun iki ortağı kriptovalyuta vasitəsilə Şimali Koreyaya ABŞ sanksiyalarından yan keçməyə kömək ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu