Kolumbiyalı qadın turistlərə quldurluq məqsədi ilə narkotik maddə verdi - İnterpol tərəfindən saxlanıldı
Kolumbiyada qız proqramlarda turistlərlə tanış olub, quldurluq məqsədilə onlara narkotik verib və İnterpol əməkdaşları tərəfindən tutulub.
Bu barədə Daily Mail məlumat yayıb.
Nəşrin məlumatına görə, 25 yaşlı Paola Parra tanışlıq proqramlarında yeni kişilər tapıb və onlarla vaxt keçirib. Onları narkotik verdikdən sonra pulu götürüb və yoxa çıxıb. Bir neçə şikayətdən sonra İnterpol onu axtarışa verib.
Parra Dominikan Respublikasına uçan təyyarəyə minməzdən bir neçə dəqiqə əvvəl hava limanında həbs edilib. Ümumilikdə o, 23 min dollar kriptovalyuta və nağd 650 dollar oğurlayıb.