Yeni Zelandiya hökumətindən ayrılan sevgililərlə bağlı "Daha yaxşısını sev" kampaniyası


Yeni Zelandiyada hökumət sevgilisi ilə ayrılan gənclərin ayrılıq prosesinin travmalarını rahatlıqla atmaları üçün 3 il ərzində 4 milyon dollar xərcləməyi planlaşdırır.


CNN-in xəbərinə görə, Yeni Zelandiya hökuməti münasibətləri yenicə bitən gənclərin əzablarını yüngülləşdirmək üçün “Daha yaxşısını sev” adlı kampaniyaya başlayıb.

Sosial İnkişaf və Məşğulluq Nazirinin müavini Priyanca Radhakrishnan bildirib ki, artıq təxminən 1200 gənc sevgi və incinmə ilə bağlı ilk təcrübələri ilə mübarizə aparmaq üçün dəstəyə ehtiyacı olduğunu bildirib. Nazirin sözlərinə görə, kampaniya çərçivəsində 3 il ərzində 4 milyon dollar xərclənməsi planlaşdırılır.

Ayrılığın gənclər arasında çətin sınaq olduğunu qeyd edən Radhakrishnan, "Bu kampaniya digər gəncləri öz güclərini, özünə dəyər və möhkəmliklərini inkişaf etdirməyə ruhlandıra bilər" - deyə layihəni dəyərləndirib. O, vurğulayıb ki, kampaniya gənclərin gələcək münasibətlərinə müsbət töhfə vermək məqsədi daşıyır.

"Daha yaxşısını sev" kampaniyasının məişət və cinsi zorakılıqla mübarizə üçün daha geniş strategiyanın bir hissəsi olduğunu vurğulayan Radhakrişnan, "Bu istiqamətdə utancverici statistikalar var. Bu dövrü qırmaq üçün bu məsələyə daha yenilikçi yanaşmaq lazımdır" - deyə qeyd edib.

Ədliyyə Departamentinin məlumatına görə, Yeni Zelandiyada hər il 100 000-dən çox məişət zorakılığı hadisəsi araşdırılır.

2020-ci ildə Yeni Zelandiyada cinsi zorakılıqla bağlı polisə 9723 xəbər veril. Araşdırmalar nəticəsində partnyorların təxminən yarısının hadisə zamanı 18 yaşından kiçik olduğu məlum olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu