Ağ Ev respublikaçıları silahlı zorakılığa rəvac verməkdə ittiham edib

ABŞ-da silahlı zorakılığın artması respublikaçıların hücum silahlarını qadağan etmək istəməməsinin nəticəsidir.
AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Karine Jean-Pierre belə deyib. O, qeyd edib ki, son bir ildə Amerika məktəbləri və kilsələri ölümcül yerlərə çevrilib. "Biz hücum silahlarını qadağan etməliyik" - deyə mətbuat katibi vurğulayıb.
Qeyd edək ki, məsələnin gündəmə gəlməsinə səbəb Neşvildə özəl xristian məktəbində baş verən atışmadır. Hadisə nəticəsində üçü uşaq olmaqla altı nəfər həlak olub. Şəhər polisinin rəisi Con Dreyk bildirib ki, atışma transseksual qadın tərəfindən törədilib.