BMT dezinformasiya və ayrı-seçkiliklə mübarizə haqqında qətnamə qəbul edib


BMT Təhlükəsizlik Şurası (TŞ) yekdilliklə tolerantlıq və beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə bağlı qətnamə qəbul edib.


AFN.az-ın qurumun məlumatına istinadən xəbərinə görə, sənəddə vurğulanır ki, BMT-yə üzv ölkələr bir-biri ilə sülh şəraitində yaşamağa sadiq olduqlarını bildirir, iqtisadi, sosial, mədəni və humanitar xarakterli problemlərin həllində beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu təsdiq edirlər.

Qətnamədə BMT Təhlükəsizlik Şurasını bütün regionlarda silahlı münaqişələrin qarşısının alınmasına yönəlmiş səyləri davam etdirməyə çağrılır.

Qətnaməni qəbul edən Təhlükəsizlik Şurasının 15 üzv dövləti sosial şəbəkələr də daxil olmaqla, nifrət nitqi və dezinformasiyanın doğurduğu zorakılıqdan dərin narahatlığını ifadə edib.

Sənəddə bütün beynəlxalq və regional təşkilatlar irqi, etnik mənsubiyyəti, cinsi, dini və dilinə görə ayrı-seçkilik nəticəsində yaranan zorakılığı, nifrət nitqini, ekstremizmi açıq şəkildə pisləməyə çağırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu