Britaniya parlamentinin qarşısında Assanj, Menninq və Snoudenin heykəli ucaldılıb


ABŞ-ın məxfi sənədlərini ifşa etdiyinə görə mühakimə olunan Wikileaks saytının qurucusu Culian Assancın, sənədləri Assanja sızdıran ABŞ əsgəri Çelsi Menninqin və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Edvard Snoudenin heykəlləri İngiltərə parlamentinin önünə qoyulub.


Parlament meydanına toplaşan vətəndaşlar, stulların üzərində 3 böyük ölçülü heykəl və üçlüyün tərəfdarlarının çıxması üçün boş stul ucaldıb, ifadə azadlığı və Assanjın azadlığa buraxılması tələblərini bildiriblər.

İştirakçılara deputatlara göndəriləcək məktubların paylandığı etiraz aksiyasında çıxış edən Assanjın həyat yoldaşı Stella Assanj, "Qanuni haqq axtarmağın yolları daralır. Müharibə içərisindəyik və bu, siyasi bir müharibədir, ədalətsizliyə qarşı müharibə” ifadələrindən istifadə edib.

Assanj deyib ki, Menninq, Snouden və həyat yoldaşı ədalətsizliyə qarşı səslərini ucaltdıqları üçün cəzalandırılıblar.

Stella Assanj ifadə azadlığının demokratik hüquqların mərkəzində olduğunu vurğulayaraq, "Culian davası ifadə azadlığı hüququnun ən mühüm davasıdır. Hamımızın xatirinə Julian azad edilməlidir" deyib.

Onun deportasiyasının qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Böyük Britaniyanın ən təhlükəsiz Belmarş həbsxanasında Julian Assange baş çəkən yeganə siyasətçi Leyboristlər Partiyasından olan millət vəkili Con MakDonnell də çıxışında Assanjın İngiltərədə ən uzun müddət həbsdə olan jurnalist olduğunu bildirib.

Makdonnel Assanjın ABŞ-a deportasiyasının Böyük Britaniya üçün utancverici olacağını da ifadə edərək, "ABŞ-a göndəriləcəyi təqdirdə onun üzləşəcəyi təhlükələrin fərqindəyik. Deportasiyasının qarşısını almaq üçün əlimizdən gələni etməliyik". deyib.

Assanj, Snouden və Menninqin ifadə azadlığını qoruduqlarına görə cəzalandırıldıqlarını qeyd edən İşçi Partiyasının deputatı Apsana Begum, "Bu üç ad müasir tarixin ən böyük həqiqət döyüşçüləridir. Hər üçü də həqiqəti öyrənə bilməyimiz üçün azadlıqlarını itirmək riskinə girdi. Əgər onlar azad deyilsə, biz də azad deyilik” ifadələrini işlədib.

Bu heykəllər həqiqəti söyləyir

Heykəltəraş Davide Dormino da yaradıcılığı ilə bağlı açıqlama verərək, meydanda Nelson Mandela, Mahatma Qandi kimi azadlıq döyüşçülərinin heykəllərinin olduğunu bildirib.

"İncəsənət dünyanı dəyişdirmək qabiliyyətinə malikdir. Bu heykəllər həqiqəti söyləyə bilər", - Dormino vurğulayıb.

Assanj, Snouden və Menninq stulların üzərində dayanaraq, onları dəstəkləyənlər üçün isə bir stul boş qalaraq təsvir olunduğu "Söyləyəcək bir şey" adlı heykəl daha əvvəl də Avropa şəhərlərində və beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu