Hindistanda fırtına 22 nəfərin həyatına son qoyub


Hindistanın şimalında musson yağışları torpaq sürüşmələrinə və daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində ən azı 22 nəfərin öldüyü bildirilir.


AFN.az-ın xəbərinə görə, bu barədə "The Guardian" yazıb.

Beş ştatda ölüm hallarının olduğu bildirilir. Himaçal-Pradeş ştatında daşqınlar körpünün dağılmasına və bir neçə yaşayış məntəqəsinin yuyulmasına səbəb olub. İnsanları xilas etmək üçün helikopterlərdən istifadə edilib. Dünən gecə ştat rəsmiləri yaxın 24 saat ərzində daha çox yağış gözlədiyi üçün insanlardan evlərini tərk etməməyi xahiş edib. Mütəxəssislər qeyd edirlər ki, ştatın bir çox bölgələrində həftəsonu aylıq normadan artıq yağıntılar olub.

Bir çox şimal ştatlarında küçələri su basıb, xilasedicilər evlərində qapalı qalan insanları xilas etmək üçün rezin sallardan istifadə ediblər.

Paytaxt Dehlidə pis hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb. Şəhərin bəzi yolları dizə qədər su içində idi və şəhərə 153 mm yağış yağdı ki, bu da son 40 ildə iyul ayında bir gündə ən çox yağıntıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu