Ərdoğanla Bayden arasında görüş keçirilib - FOTOLAR


Prezident Ərdoğan NATO Liderlər Zirvəsi çərçivəsində LITEXPO Sərgi və Sərgi Mərkəzində ABŞ prezidenti Co Baydenlə görüşüb.


Prezident Ərdoğan görüşün əvvəlində yenidən prezident seçilməsi münasibətilə ona göndərdiyi təbrik mesajına görə Baydenə təşəkkür edib.

"Düşünürəm ki, strateji mexanizm çərçivəsində dövlət başçıları səviyyəsində məsləhətləşmələrin vaxtı çatıb. Bu gün NATO kənarındakı bu görüşü ona doğru ilk addım kimi görürəm. Əvvəlki görüşlərimiz isinmə hərəkətləri kimi idi. Amma indi yeni bir prosesə başlayırıq. Təbii ki, bu yeni proses mənim üçün beş illik bir prosesdir. İndi sizdə seçki hazırlıqları var. Bu seçki hazırlıqlarınızla əvvəlcədən sizə uğurlar arzulayıram" - deyə Ərdoğan bildirib.

Bayden Türkiyənin İsveçin NATO-ya üzvlük protokolunun Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyini açıqlamasından məmnunluğunu ifadə edib.

O, prezident Ərdoğana İsveçlə bağlı diplomatiyası və liderliyinə görə təşəkkür edib.

NATO Sammitini “tarixi” adlandıran Bayden alyansın müdafiəsini gücləndirmək öhdəliyini bir daha təkrarlayıb.

Bayden Ərdoğana "Qarşıdakı 5 ildə sizinlə görüşməyi səbirsizliklə gözləyirəm" - deyə bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu