Keniyada "aclıq təriqəti" ilə bağlı araşdırmada cəsədlərin sayı 372-yə yüksəldi


Keniyada “aclıq təriqəti” istintaqı çərçivəsində tapılan cəsədlərin sayının 372-yə yüksəldiyib.


Bölgə komissarı Rhoda Onyança məzar axtarışları zamanı yeni cəsədlər tapdıqlarını açıqlayıb. Onyança aşkarlanan cəsədlərin sayının 372-yə yüksəldiyi barədə məlumatı paylaşaraq, aprel ayından bu yana 95 nəfərin təriqətdən xilas edildiyini qeyd edib.

Qeyd edək ki, "Good News International" Kilsəsi Pastoru Paul Mackenzie haqqında "kilsədəki insanları ac qalaraq İsa peyğəmbər ilə görüşəcəklərinə inandırması nəticəsində bir çox insanın ölümünə səbəb olması" iddiası ilə istintaq başladılıb.

Təriqətin lideri Makkenzi istintaqın əvvəlində polisə 1000 nəfərin meyitini tapacaqlarını bildirib.

Mənbə:AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu