“İsa peyğəmbər ilə görüşmək üçün” aclıqdan ölənlərin sayı 100-ü keçdi
Keniyanın Malindi qəsəbəsində “ac qalmaqla İsa peyğəmbərə qovuşacaqları” vəd edilərək ölüm orucunda həyatını itirənlərin sayı 109-a çatıb.
Keniya polisindən verilən açıqlamada bildirilir ki, “Good News International” kilsəsi yaxınlığındakı Şakahola meşəsində beşi uşaq olmaqla daha 11 nəfərin meyiti tapılıb.
Bundan əvvəl 73 nəfərin meyitinin tapıldığı barədə məlumat verilib.
Keniya Qızıl Xaç Cəmiyyəti 112 nəfərin itkin düşdüyünü təxmin edir.
Keşiş Ezekiel Odero dünən saxlanılıb.
Televiziyada missioner və ictimaiyyət arasında çox məşhur şəxs kimi təqdim edilən Oderonun “Aclıq təriqəti” və ya “Malindi təriqəti”nin lideri Pol Makkenzi Ntenge ilə əlaqəsinin olub-olmadığı bilinmir.
Ntenge kilsəsindəki insanlara ac qalaraq İsa ilə görüşəcəkləri barədə vəd verib.
Polis Şakahola bölgəsində meşəlik ərazidə axtarışları davam etdirir.
Mənbə: Anadolu