Litva Ukraynada müharibə başlayandan bəri ayırdığı müdafiə xərclərini açıqlayıb


Ukraynada müharibə başlayandan bəri Litvanın müdafiə və hərbi infrastrukturun inkişafına xərcləri 20 dəfə artırıb.


AFN.az TASS-a istinadən xəbər verir ki, bu rəqəmi Litva müdafiə naziri Arvidas Anusauskas açıqlayıb.

"İki il ərzində ayrılan vəsaitlərin artırılması sayəsində biz hərbi infrastrukturun inkişafı layihələrinə xərcləri 20 dəfə artırmışıq", - deyə nazir bildirib.

Anusauskas onu da qeyd edib ki, silah və döyüş sursatı alınması xərclərinin səviyyəsi 3 dəfə artıb.

Respublika hökuməti 200-ə yaxın müxtəlif infrastruktur layihəsinin həyata keçirilməsi üçün 130 milyon avro vəsait ayırıb. Bu məbləğə hakimiyyətin kommersiya banklarından öz izafi mənfəətlərindən əldə etmələrini tələb etdiyi həmrəylik töhfəsi adlanan vəsait də əlavə olunacaq. 128 milyon avro dəyərində olan bu pul həm də infrastruktur layihələrinə sərf olunur.

Bundan əvvəl Anusauskas Litvada diviziya yaratmağı planlaşdırdıqlarını və bunun üçün hərbi texnika, o cümlədən tanklar almağa hazırlaşdıqlarını bildirmişdi. Onun sözlərinə görə, indiki şəraitdə ölkənin müdafiə qabiliyyətini gücləndirmək lazımdır. “Ancaq bu, əlbəttə ki, əlavə maliyyə tələb edir. İlkin hesablamalarımız var, indi açıqlamayacağam, başqa idarələrə təqdim edəcəyik, amma hər halda belə addımlar atılır” - deyə müdafiə naziri əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu