İlon Maska qarş "yanlış insanı hədəf alması" səbəbiylə böhtan iddiası açılıb


Kaliforniya vətəndaşı olan bir nəfər "Tesla" və "SpaceX"in baş direktoru İlon Maska qarşı “böhtan” iddiası qaldırıb.


Məhkəməyə müraciət edən Kaliforniyadan olan 22 yaşlı Ben Brodi X platformasında yayımlanan videolarda səhvən “Proud Boys” qrupunun üzvü olduğu təsbit edilən şəxsin o olmadığını bildirib.

Maskın paylaşıma münasibət bildirməsindən sonra yazının sürətlə yayıldığını bildirən Brodi, hadisə ilə heç bir əlaqəsi olmadığı halda Maskın şərhinə görə sosial mediada təhdid və təzyiqlərə məruz qaldığını qeyd edib.

Brody, böhtana görə məhkəməyə verdiyi Maskdan ən azı 1 milyon dollar təzminat tələb edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu