Bayden Sudani ilə telefonla danışıb


ABŞ prezidenti Co Bayden və İraqın baş naziri Məhəmməd Şia əl-Sudani telefonla danışıb.



Ağ Evdən verilən açıqlamaya görə, prezident Bayden və baş nazir Sudani telefon danışığında İsrail-Fələstin münaqişəsinin gərginləşməsinin qarşısının alınması yollarını müzakirə ediblər.

İki lider Qəzzada pisləşən humanitar böhranın Birləşmiş Millətlər Təşkilatı və yerli tərəfdaşlarla həll edilməsinin vacibliyini vurğulayıblar.

ABŞ və İraq arasındakı tərəfdaşlığın əhəmiyyətini vurğulayan liderlər, iki ölkənin regional sabitliyin davam etdirilməsi üçün əməkdaşlıq etməli olduğuna qərar veriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu