Blinkenin Türkiyədə qarşılanması gündəm oldu - VİDEO


Xəbər verdiyimiz kimi, bu gün Ankarada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyənin XİN rəhbəri Hakan Fidan arasında görüş keçirilib.



AFN.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, danışıqlardan əvvəl Hakan Fidanın Entoni Blinkeni qarşılaması zamanı maraqlı an yaşanıb.

Belə ki, Blinken Hakan Fidanı qucaqlayaraq görüşmək istəsə də, Türkiyənin XİN rəhbəri onun bu jestinə cavab olaraq həmkarı ilə əllə salamlaşmağa üstünlük verib.

Bununla yanaşı, Blinkenin dünən gecə saatlarında Ankarada hava limanında qarşılanması da medianın diqqətini çəkib. Türkiyə KİV yazır ki, tarixdə ilk dəfə olaraq ABŞ dövlət katibi yüksəkvəzifəli türkiyəli şəxs olmadan qarşılanıb. Blinkeni Esenboğa hava limanında ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk, Ankara valisinin müavini Namık Kemal Nazlı və digərləri qarşılayıb. Görüntülərdə ərazidə işıqların yandırılmaması da əks olunub. Xarici media Blinkenin bu formada qarşılanmasını onun Fələstin-İsrail münaqişəsinə yanaşması ilə əlaqələndirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu