Zonquldaqda batan gəminin 7 əməkdaşının tapılması üçün bütün imkanlar səfərbər edilib


Noyabrın 19-da Zonquldaq sahillərində, Qara dəniz Ereğli rayonunda fırtına nəticəsində dalğaqırana çırpılaraq batan Türkiyə bayraqlı “Kafkametler” quru yük gəmisində itkin düşən personalın axtarışları davam etdirilir.



Türkiyənin ilk təcili yardım gəmisi Nene Hatun da 7 dənizçinin axtarışına dəstək vermək üçün bölgəyə göndərilib.

Sahil Mühafizəsi, Sahil Təhlükəsizliyi Baş İdarəsi (KEGM), AFAD və digər qruplar da itkin düşən personalın qurudan və dənizdən axtarışlarını davam etdirir.

Dəniz Baza Komandanlığının personalı gəmilərlə limanın daxilindəki sahilyanı əraziləri axtararkən, Sahil Mühafizə qrupları da limanın daxilində və xaricində axtarışlar aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu