ABŞ idxalçılardan dəniz məhsulları təsdiqini tələb edəcək


ABŞ Gömrük və Sərhəd Mühafizəsi idxalçılardan idxal etdikləri balıq və dəniz məhsullarının Rusiya mənşəli olmadığını təsdiqləmələrini tələb etmək qərarına gəlib.



Bu barədə TASS Amerika departamentinin bəyanatına istinadən yazıb.

Bura ABŞ-a gətirilməzdən əvvəl üçüncü ölkədə emal edilmiş Rusiya Federasiyasından olan dəniz məhsulları və ya onların komponentləri daxildir.

Sənəddə bu qaydaların dərhal qüvvəyə mindiyi vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu