ÜST COVID-19-a yoluxma hallarının artdığını açıqlayıb


Qlobal COVID-19 yoluxması əvvəlki 28 günlük dövrlə müqayisədə bir ayda 52 faiz artıb.



Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Bu müddət ərzində 850 mindən çox yeni yoluxma halı qeydə alınıb. COVID-19 ilə xəstəxanaya yerləşdirilənlərin sayı 23 faiz artıb - noyabrın 13-dən dekabrın 10-dək dünyada 118 mindən çox insan xəstəxanalara yerləşdirilib.

ÜST vurğulayıb ki, hesabat dünyada xəstəliklərin faktiki sayını əks etdirmir, çünki yalnız 105 ölkə koronavirusa yoluxma halları ilə bağlı hesabat təqdim edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu