Messinin ilk müqaviləsinin imzalandığı vərəq hərraca çıxarılır - FOTO
Lionel Messinin 13 yaşında ikən "Barselona" ilə ilk müqaviləsini bağladığı vərəq hərracda 380 min dollardan başlayan qiymətə satılacaq.
2000-ci ilin dekabrında imzalanan vərəqdə o vaxtkı "Barselona"nın idman direktoru Karles Rexaçın və Messinin imzaları var.
Müqaviləni həmçinin İspaniya klubunun transfer məsləhətçisi Xosep Minquella və Messini tövsiyə edən menecer Horasio Qaqqoli imzalayıb.
Messi Kataloniya klubunda 16 yaşında debüt edib və 778 matçda 672 qol vurub.
Hazırda 36 yaşında olan Messi 2021-ci ildə Paris St-Germain-ə getməzdən əvvəl "Barselona" ilə 10 La Liqa və dörd Çempionlar Liqası titulunu qazanıb.
Vərəqin üzərində mavi mürəkkəblə yazılmış müqavilədə belə deyilir:
"Barselonada, 14 dekabr 2000-ci ildə Minquella və Horasionun iştirakı ilə, "Barcelona"nın idman direktoru Karles Rexaç öz məsuliyyəti ilə və hər hansı etirazla qarşılaşmayaraq, bununla razılaşır: Razılaşdırılmış məşləğdə, şərtlərə əməl etməklə, Lionel Messi ilə müqavilə imzalanır."
Vərəq mart ayında Britaniyanın Bonhams hərrac evi vasitəsilə satışa çıxarılacaq.