Romada turistlər "Qarabağ"ın möhtəşəm oyununa azarkeşlik etdi
Ötən gün baş tutan "Qarabağ" - "Braqa" qarşılaşması Romada turirstlərin diqqətini cəlb edib.
Ölkə.Az xəbər verir ki, bu barədə politoloq Natiq Cəfərli paylaşım edib. O bildirib ki, dünən gecə Romada kafedə telefonda "Qarabağ"ın oyununu izləyərkən hislərinə mane ola bilməyib:
"Qulaqlığı taxıb matçı izləyirdim ki, heç kimə mane olmayım. Amma özümü o qədər emosional aparırdım ki, bir də ayıldım bütün kafe mənə baxır və maraqlanmağa başladılar. Bir müddət sonra artıq masamda 4-5 nəfərlə oyunu qulaqlıqsız izləməyə başladıq. Bir neçə ölkədən olan insan mənimlə birgə Qarabağa azarkeşlik etməyə başladılar".
N.Cəfərli onunla birlikdə oyunu izləyənlərdən birinin İtaliya, digərlərinin isə başqa ölkələrin vətəndaşları olduğunu söyləyib.