"Qarabağ"ı ciddi qəbul etməliyik - "Leverkusen"in idman direktoru
“Azərbaycan təmsilçisi “Qarabağ” klubundan məsul şəxslərlə yaxın və yaxşı münasibətimiz var. Biz onları çox ciddi qəbul etməliyik”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Bayer Leverkusen”in idman direktoru Fernando Karro deyib.
O, “Qarabağ”ın Avropa Liqasındakı qələbəsini və final haqqında fikirlərini bölüşüb: “Ağdam təmsilçisi “Braqa”ya qarşı yaxşı pley-off mərhələsi keçirdi. Biz olduqca diqqətli olmalıyıq. Yolumuz uzun olsa da, 1/8 finalı gözləyirik".