Burkina Fasoda kilsəyə hücum nəticəsində 15 nəfər ölüb


Burkina-Fasoda bazar günü mərasim zamanı kilsəyə edilən hücumda 15 nəfər həyatını itirib.



Dori Katolik Kilsəsindən verilən açıqlamaya görə, bazar günü ayin zamanı Sahel bölgəsinin Seno əyalətinin Essakane kəndində kilsə naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.

Hücum nəticəsində 15 nəfər ölüb, 2 nəfər yaralanıb.

Burkina Fasoda 2015-ci ildə baş verən təhlükəsizlik böhranı nəticəsində 2 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumətin məlumatına görə, bu insanların yalnız 120 mini evlərinə qayıda bildi.

Baş nazir Apollinaire Joachimson Kyelem de Tambela ötən il etdiyi çıxışda ölkə ərazisinin 65 faizinin dövlət nəzarətində olduğunu bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu