Moskvada Navalnının dəfninə hazırlıqlar başlayıb


Moskvada Aleksey Navalnının dəfn mərasiminə hazırlıqlar başlayıb.



Navalni fevralın 29-da paytaxtdakı Borisov qəbiristanlığında dəfn edilə bilər.

Dəfn mərasiminin mümkün yeri və tarixi barədə "Baza" nəşri məlumat yayıb.

Shot Telegram kanalı əlavə edib ki, Navalnı Troekurovskoye və ya Xovanskoye qəbiristanlıqlarında da dəfn oluna bilər.

Fevralın 25-nə keçən gecə çəkildiyi iddia edilən video yayımlanıb. Burada Borisovski qəbiristanlığının yaxınlığındakı dayanacaqda traktorun qarı təmizlədiyi göstərilir. Ərazinin avtomobillərdən təmizləndiyi və polis tərəfindən patrul xidməti aparıldığı da bildirilir. Bu, dəfn mərasiminə hazırlıqla bağlı ola bilər.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Aleksey Navalnının cəsədinin qohumlarına verilməsi məsələsinə Kremlin heç bir aidiyyatı yoxdur və bu vəziyyətdə təzyiq göstərə bilməz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu