“Qalatasaray” kubokda mübarizəni dayandırdı


Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib.


“Qalatasaray” doğma meydanda “Fatih Karagümrük”lə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 6-cı dəqiqədə Markos Vinisius Amaral Alves açıb. Matçın yekun nəticəsini 84-cü dəqiqədə Rian Mendes müəyyənləşdirib.

“Fatih Karagümrük” növbəti mərhələdə “Trabzonspor”la, “Beşiktaş” isə “Ankaragücü” ilə qarşılaşacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu