Tur şirkətləri Vakaari vulkanının püskürməsindən sonra 7,8 milyon dollar təzminat ödəyəcək


Yeni Zelandiyada 2019-cu ildə 22 nəfərin ölümü ilə nəticələnən Vakaari (Ağ Ada) vulkanı püskürməsi ilə bağlı işdə günahkar bilinən tur şirkətləri və menecerlərinə, təhlükəsizliyinə etinasızlıq göstərdikləri səbəbiylə 7,8 milyon dollar təzminat ödənilməsinə qərar verilib.



Yeni Zelandiyada yerləşən 13 şirkət və şəxsin təqsirli bilindiyi Vakaari vulkanının püskürməsi ilə bağlı Oklenddə keçirilən işdə hökm elan edilib.

Hakim Evangelos Thomas günahkar bilinən tur şirkətləri və onların menecerlərinin turistlərin təhlükəsizliyi ilə bağlı səhlənkarlıqlarına görə ümumilikdə 7,8 milyon dollar təzminat ödəməsi qərarına gəlib.

Tomas, adanın sahibləri olan "Vakaari Management Ltd." Holdinqin adaya təşkil etdiyi turlardan böyük qazanc əldə etdiyini ifadə edərək, cəzanın ən böyük hissəsini ödəyəcək şirkətin qurbanlara və onların ailələrinə 2,97 milyon dollar təzminat ödəməsi qərara alıb.

Davanın qurumların asanlıqla təhlükəsizlik pozuntularını törədə biləcəyinə bir nümunə olduğunu vurğulayan Tomas, Yeni Zelandiyada yer elmi və izotop araşdırması və məsləhət xidmətləri göstərən "GNS Science" adlı dövlət təşkilatını da helikopter pilotları ilə risk dəyərləndirməsini paylaşmadığı üçün 33 min dollar cərimə edib.

"GNS Science" qurbanlara və qurbanların ailələrinə təzminat ödəməyəcək.

Məşhur turizm məkanı olan adada 2019-cu ilin dekabr ayında Vakaari vulkanı püskürmüş, təbii fəlakət nəticəsində 22 turist həlak olmuş, 25 nəfər ağır yaralanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu