Ermənistan Təhlükəsizlik Şurası Rusiyadan asılılığı strateji səhv adlandırıb


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 1991-ci ildən bəri Rusiyadan asılılığı “strateji səhv” adlandırıb.



O, fikirlərini martın 2-də Ermənistan ictimai televiziyasında səsləndirib.

Onun sözlərinə görə, ölkə iqtisadi, siyasi və hərbi-siyasi sahələrdə Rusiyadan çox asılı olub.

“2020-ci ildən bu sistemin işləmədiyini görəndə Ermənistanın təhlükəsizliyini təmin etmək üçün alternativlər tapmaq üçün addımlar atmağa başladıq. 1991-ci ildən bütün istiqamətlərdə Rusiyadan asılı olmağımız bizim böyük strateji səhvimiz idi”, - deyə Qriqoryan bildirib.

Eyni zamanda o, əvvəlki təhlükəsizlik sisteminin guya nə ikitərəfli Ermənistan-Rusiya formatında, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində işləmədiyini bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu