Hindistanda 11 seçki məntəqəsində təkrar səsvermə keçiriləcək


Hindistanın Manipur əyalətindəki 11 seçki məntəqəsində təkrar səsvermə keçirəcək.



Bu barədə Reuters xəbər verib.

Manipurun Baş Seçki Direktoru açıqlamasında bildirib ki, seçki orqanları 11 seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız elan edib və yeni səsvermənin keçirilməsinə göstəriş verib.

Hindistanın əsas müxalifət Konqres partiyası Manipurdakı 47 seçki məntəqəsində seçki kabinələrinin oğurlandığını və seçkilərin saxtalaşdırıldığını iddia edərək yenidən səsvermənin keçirilməsini tələb edib.

Ştat cümə günü silahlı qruplar arasında toqquşmalar və seçki məntəqələrini güclü təhlükəsizlik altında ələ keçirməyə cəhdlər də daxil olmaqla, zorakılıq hadisələri ilə üzləşib. Seçicilər toqquşma təhlükəsinə baxmayaraq, seçkidə iştirak edib.

Qeyd edək ki, dünyanın ən sıx məskunlaşdığı ölkədə təxminən bir milyarda yaxın insan iyunun 1-dək davam edəcək seçkilərdə cümə günü səs verməyə gedib. Hazırkı baş nazir Narendra Modinin qalib gələcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu