Qadın jurnalistlərə qarşı onlayn zorakılıq artmaqdadır


Beynəlxalq Jurnalistlər Mərkəzinin (ICFJ) araşdırma direktoru Julie Posetti qadınların internetdə üzləşdiyi təhdid növlərinin getdikcə artdığına diqqət çəkib. İtaliyada keçirilən konfransda qadın jurnalistlərə qarşı "deep fake" təhdidlərə, cinsiyyətçi və seksual şərhlər diqqət çəkilib.



Qadın jurnalistlər iş zamanı getdikcə daha çox onlayn təhdidlərlə üzləşirlər.

Bu həftə sonu İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edən Beynəlxalq Jurnalistlər Mərkəzinin (ICFJ) araşdırma direktoru Julie Posetti bu tendensiyanın getdikcə artdığını bildirib.

"Onlayn zorakılığın oflayn zərərə çevrilməsi üçün əhəmiyyətli potensial var" deyə Posetti qeyd edib.

Konfransın dünənki sessiyasında Perugia Beynəlxalq Jurnalistika Festivalında nümayəndələrə müraciət edən Posetti "Qadınlar internetdə daha çox təhlükələrlə üzləşirlər və üzləşdikləri təhdid növləri artır" deyə vurğulayıb

Posetti, bu zəhərli mühitin böyük texnologiya şirkətləri tərəfindən asanlaşdırıldığını söyləyib və bu şirkətləri məsuliyyəti öz üzərinə götürməməkdə günahlandırdı.

2022-ci ildə YUNESKO/ICFJ-nin birgə araşdırmasında müsahibə verən qadın jurnalistlərin təxminən dörddə üçü işləri ilə əlaqədar onlayn zorakılıq və ya istismara məruz qaldıqlarını bildirib.

Araşdırmada 125 ölkədən 900 jurnalistdən müsahibə götürülüb.

Konfransda jurnalistlərə və onların ailələrinə qarşı təhqirlər, cinsiyyətçi və cinsi şərhlər, fiziki təhdidlər, o cümlədən ölüm hədələri daxil olmaqla onlayn hücumlar vurğulanıb.

Hücumlara həmçinin hesabların qadağan edilməsi, sındırılması, şəxsi fotoların dərc edilməsi və "deep fake" təhdidlər (insanların razılığı olmadan saxta seksual şəkillərin yaradılması) daxildir.

Mənbə: AFP



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu