İsrailin hücumundan sonra Rəfahdan köçənlərin sayı 810 mini keçib


810 mindən çox fələstinli Qəzza zolağının cənubunda yerləşən Rəfahı tərk etmək məcburiyyətində qalıb.


AFN.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) sosial media platformasındakı bəyanatında bildirilib.

"İnsanlar təhlükəsizlik axtarışında hər şeyi geridə qoymağa məcbur olurlar" - deyə bəyanatda bildirilir.

Açıqlamada bildirilir ki, Rəfahdan son 2 həftədə 810 mindən çox fələstinli Qəzzanın digər bölgələrinə köç etmək məcburiyyətində qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu