Nigeriyada 10 il əvvəl Boko Haram tərəfindən girov götürülən 387 nəfər xilas edilib


Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno əyalətində terror təşkilatı Boko Haram tərəfindən 10 il əvvəl girov götürülən 387 nəfərin xilas edildiyini açıqlayıb.



Borno əyalətindəki “Desert Sanity 111” əməliyyatının komandiri Haruna Diva verdiyi açıqlamada ordunun Boko Haram terrorçularının gizləndiyi Sambisa meşəsində əməliyyat keçirdiyini bildirib.

Diva qeyd edib ki, 10 ildir terrorçular tərəfindən nəzarətdə saxlanılan əksəriyyəti uşaq və qadınlardan ibarət 387 nəfər xilas edilib.

Nigeriya ordusunun ölkədə təhlükəsizliyi təmin etməkdə qərarlı olduğunu ifadə edən Diva, "Bizim səyimiz Sambisadakı terror qalıqlarını təmizləmək və istəyənlərə təslim olmaq fürsəti verməkdir. Bu əməliyyatla onların əksəriyyətinin təslim olacağını təxmin edirik" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu