Banqladeşdə ildırım vurması nəticəsində 6 nəfər ölüb
Banqladeşin Naoqaon şəhəri və Çapainavabqanc bölgəsində ilkin məlumatlara görə, ildırım vurması nəticəsində 6 nəfər ölüb.
“Dhaka Tribune” qəzetinin məlumatına görə, ilkin məlumata görə, ildırım vurması nəticəsində Naoqaon şəhərində 3, Çapainavabqanc bölgəsində isə 3 nəfər ölüb.
Polis rəsmiləri həyatını itirənlərin açıq ərazidə tapıldığını bildirib.
Qeyd edək ki, Banqladeşdə aprel və 9 may tarixinədək ildırım vurması nəticəsində 35-i fermer olmaqla 74 nəfər həlak olub.
Mənbə: AA