FHN əməkdaşları maşında dava etdi - Biri öldürüldü
Gəncə Şəhər Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, iyunun 10-da, saat 15 radələrində bir nəfər şəxsin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə məlumat daxil olub.
Araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Zahid Sarıyev şübhəli şəxs qismində tutulub.
***
Gəncədə qətl hadisəsi törədilib.
AFN.az Unikal.az-a istinadən xəbər verir ki, Avtovağzal adlanan ərazidə “VAZ-2106” markalı minik maşınında Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı mübahisə edib.
Mübahisədən sonra onlardan biri digərini odlu silahla vurub. 1998-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb.
Hadisə zamanı avtomobil yoldan çıxaraq ağaclığa düşüb.
Hadisə ilə bağlı araşdırma aparılır.